Azərbaycanda 1500 məktəbin bağlanması planlaşdırılır

Azərbaycanda 1500 məktəbin bağlanması planlaşdırılır.

Gununsesi.info -nun məlumatına görə, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, xərclərin optimallaşdırlması məqsədilə təxminən 4400 məktəbdən 1500 məktəbin bağlanılması planlaşdırılır.

“Düşünürəm məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda, bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq”, – deputat bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl elm və təhsil naziri Emin Əmrullayev bəzi məktəblərin komplektləşdiriləcəyini bbildirib. “Rasionallaşmaya ehtiyac var, ağrılı proses olsa da, biz buna getməliyik”, – o qeyd edib./modern.az