Sabah Bakının bu ərazisində qaz olmayacaq

  • By Günel
  • 26 Noyabr 2024 23:15

Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə  27.11.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən bildirilib.

Məlumata görə, təmir-bərpa işləri aparılan müddətdə Ələsgər Ələkbərov, İsmayıl Bəy Qutqaşınlı, Seyfəddin Dağlı, Kazım Kazımzadə küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Gununsesi.info