“Ayıbdır, bu nə müavinətdir verilir?” – Deputatdan etiraz

“Vətən müharibəsi veteranlarına 80 manat məbləğin verilməsi ayıbdan ayıbdır”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Səyyad Salahlı deyib.

O, bu məbləğin artırılmasını təklif edib:”Bizim qəhrəman oğlanlarımıza, qazilərimizə bu nə müavinətdir verilir? Hamı bundan narazılıq edir, qazilər üstümüzə gəlir. Bu, nə deməkdir axı?!”.

 

 

Gununsesi.info