Divan çarpayısının altında gizlədilmiş silah-sursat tapılıb: - 14 yaşlı oğlan həbs edilib

Adananın mərkəzi Seyhan rayonunda 14 yaşlı oğlan həbs edilib.

Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, onun evindən 6 sənədsiz tapança, 1 ov tüfəngi və 6 qram sintetik narkotik aşkar edilib.

Belə ki, 14 yaşlı oğlanın ailəsi ilə birlikdə yaşadığı, silahı və narkotiki isə küçədən taparaq evdə gizlətdiyi öyrənilib.

Polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilən yeniyetmə növbətçi hakimlik tərəfindən həbs edilib.

Orxan Saffari

Gununsesi.info