3 FETÖ şübhəlisi Yunanıstan sərhədində tutulub

Ədirnədə Yunanıstana qaçarkən yaxalanan 3 FETÖ şübhəlisi həbs edilib.

Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, ötən gün Meriç rayonu yaxınlığındakı 1-ci dərəcəli hərbi qadağa zonasında saxlanılan şübhəlilər MD, EG və MG ilə bağlı jandarma əməliyyatları tamamlanıb.

Ədliyyəyə sövq edilən 3 FETÖ şübhəlisi Sülh cəza hakimliyi növbətçiliyi tərəfindən həbs edilib.

Orxan Saffari

Gununsesi.info