
Şimali Makedoniyada qadın 61 yaşında ilk övladını dünyaya gətirib. Beləliklə, qadın “ölkənin ən yaşlı doğum edən qadını” adını qazanıb.
Aleksiovska Papestiev hamiləliyin dondurulmuş yumurtalıqlar vasitəsilə in vitro mayalanma yolu ilə baş verdiyini və bu hadisənin Şimali Makedoniyada bir ilk olduğunu ifadə edərək, qadının hamiləlik prosesinin ölkə daxilində maraqla izləndiyini bildirib.
Doğuşun universitet klinikasında hamiləliyin 36-cı həftəsində baş verdiyini deyən Aleksiovska Papestiev, ana və körpənin vəziyyətinin yaxşı olduğunu qeyd edib.
Orxan Saffari