Bu rəhbər şəxslər vəzifədən azad edilib

Lənkəran-Astara Regional Təhsil İdarəsinin fəaliyyət planına və Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyinin “Monitorinqlərin keçirilməsi barədə” 29 aprel 2024-cü il tarixli elektron məktubunun icrasına uyğun olaraq məktəbəqədər və ümumi təhsil müəssisələrində monitorinqlər həyata keçirilir.

 

Gununsesi.info-ya Lənkəran-Astara Regional Təhsil İdarəsindən verilən məlumata görə, monitorinqlər nəticəsində aşkarlanan bir sıra nöqsanlar nəticəsində 9 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib.

 

Rəhbəri vəzifəsindən azad olunan müəssisələr aşağıdakılardır:

 

– Astara şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasının müdiri

– Astara şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının müdiri

– Cəlilabad rayon Boyxanlı kənd tam orta məktəbinin direktoru

– Lənkəran rayon Osakücə kənd körpələr evi-uşaq bağçasının müdiri

– Masallı rayon Şərəfə kənd uşaq bağçasının müdiri

– Masallı rayon Türkoba kənd tam orta məktəbinin direktoru

– Masallı rayon Sirəbil kənd ümumi orta məktəbinin direktoru

– Masallı rayon Köhnə Alvadı kənd tam orta məktəbinin direktoru

– Masallı şəhər 3 nömrəli tam orta məktəbinin direktoru

 

Qeyd edək ki, cari ilin yanvar-may ayları ərzində Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən 14 məktəbəqədər və 18 ümumi təhsil müəssisəsində monitorinqlər aparılıb və davam etdirilir.

Gununsesi.info