Avtomobil 5 yaşlı uşağı vurub

Bakının Xətai rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, avtomobil yolu keçən 2019-cu il təvəllüdlü Məryəm Mehdi qızı Süleymanlını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.