
Hüquq-mühafizə orqanları “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin evindən və ofisindən pariklər, silahlar, külli miqdarda pul və pasportlar aşkar ediblər.
Gununsesi.info xəbər verir ki, bu barədə “Rossiya 1” telekanalı reportaj hazırlayıb. Görüntülərə əsasən məlum olub ki, Priqojinin şəxsi helikopter meydançası da var.
Bundan əlavə, “River Palace” otelinin yaxınlığında “Citroen” markalı mikroavtobus tapılıb.
Həmçinin, Priqojinin otelinin dayanacağında paketlər və pul qutuları olan anbar da olub.
Onu da qeyd edək ki, iyulun 4-də Priqojin axtarışlar zamanı üzərindən tapılan 10 milyard rublu geri alıb. Onun sürücüsü pulu etibarnamə ilə götürüb. Şoyqunun ona hədiyyə etdiyi tapança da geri qaytarılıb.
Gununsesi.info