
İran rəsmiləri bu ölkənin ayrı-ayrı bölgələrində gerçəkləşdirilən əməliyyatlarda İsrail üçün çalışdığı önə sürülən böyük bir “terror şəbəkəsinin” yaxalandığını açıqlayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, şəbəkənin Danimarka və Hollandiyada yerləşən terror təşkilatları tərəfindən maliyyələşdirildiyi vurğulanır.
Bu barədə İranın Kəşfiyyat Nazirliyi açıqlama verib.
Məlumata əsasən, Kirman, Tehran, İsfahan, “Kürdüstün”, Kohgiluye-Buyer Ahmed və Məzəndaran bölgələrində çoxlu sayda “böyük terro şəbəkəsi üzvləri” əməliyyatla ələ keçirilib. Onlar əsasən “sabotaj hərəkətləri” gerçəkləşdirirdi.
Əməliyyatlar zamanı bomba düzəldilməsində işlədilən malzəmələr, ov tüfəngi və odsuz silahlarla yanaşı, 43 əldədüzəltmə bomba ələ keçirilib.
Əməliyyatlar zamanı həmin adamların kütləvi gediş-gəlişli yerlərdə aksiya və hücumlar planlaşdırdığı bəllli olub.
Yanacaq doldurma məntəqələri, toplanma məkanları, elektrik dirəkləri kimi ərazilər də hücumun ediləcəyi yerlər arasındadır.
İran rəsmilərinin açıqlamasına görə, əməliyyatlar törədildikdən sonra onun görüntüləri Avropa mərkəzli media orqanlarına göndəriləcəkmiş.
İran dövləti bu qruplaşmanı “terror qrupu” olaraq adlandırır.
İranın Baş prokuroru Əli Mələkhüseyni həminn adamları terror təşkilatı olaraq qəbul edilən “Xalqın Müxahidləri Təşkilatı” ilə bağlantılı olduğunu söyləyib.
Tərcümə: Arzu