
Fransanın Sosial İqtisadiyyat və İctimai Təşkilatlar üzrə Dövlət Katibi Marlen Şyappa “Playboy” jurnalında qalmaqallı fotosessiya və müsahibəyə görə işdən çıxarılıb. Eyni zamanda o jurnalın üz qabığında da görünüb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” yazır.
Dövlət katibinin özü Twitter hesabında Fransa qadınlarının azad olduğunu və bu hərəkəti məhz qadınların hüquqlarını qorumaq üçün etdiyini bildirib.
Xatırladaq ki, jurnalda Şyappanın qalmaqallı məsələsi aprel ayında dərc olunub.
Onun verdiyi müsahibə isə abort problemlərinə və qadınların hüquqlarının müdafiəsinə həsr olunub.
Mətn isə Fransa bayrağı fonunda siyasətçinin fotoşəkilləri ilə əks olunmuşdur.
Fransanın baş nazir Elizabet Born Marlen Şyappani bu hərəkətinə görə ittiham edərək, ölkədə pensiya islahatları ilə bağlı kütləvi etirazların tüğyan etdiyi bir vaxtda tamamən yersiz olduğunu bildirib.
Qeyd edək ki, “Playboll” jurnalın baş redaktorunun dediyinə görə, üz qabığında dövlət katibinin olduğu nəşr üç saat ərzində satılıb.
Tərcümə
Şəbnəm
Gununsesi.info