İrandan Türkiyəyə çağırış: Atom əldə etmə təcrübəmizi paylaşmağa hazırıq

  • By arzu
  • 25 İyul 2023 10:52

Nüvə həmlələri üzündən Qərbin sanksiyalarına məruz qalan İrandan Türkiyəyə çağırış edilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Atom Enerjisi Qurumunun başçısı Məhəmməd İslami ölkəsinin nüvə enerjisi əldə etmə təcrübələrini və qazanclarını Türkiyə ilə paylaşmağa hazır olduğunu söyləyib.

Rəsmi Ankara ilə İran arasındakı işbirliyini gücləndirmə mesajı verən İslami İran radiofarmasevtiklərinin Türkiyəyə satışı mövzusunda əməkdaşlığın yenilənməsini planlaşdırdıqlarını açıqlayıb.

Türkiyənin İrandakı səfiri Hicabi Kırlangıçın İranın Atom Enerjisi Qurumuna nəzakət zamanı İslami ilə dialoq edən diplomat rəsmi Ankara ilə Tehran arasındakı münasibətlərin səmimiyyətə söyləndiyini bildirib.

Tehrandakı görüşlər bağlı “Mehr Agentliyi” yazı paylaşıb.

İslamı “Düşmənlərimiz münasibətlərimizi pozmağa çalışır”, – deyə iki ölkənin tarixi əlaqələrindən bəhs edib.

Qərarlı və sağlam düşüncə ilə əməkdaşlığa çağırış edən İran rəsmisi ölkəsinə qarşı tətbiq edilən sanksiyaların bölgə üçün zərərverici olduğunu dilə gətirib.

 

Tərcümə: Arzu

Gununsesi.info