ABŞ-dan Ukraynaya 400 milyon dollarlıq hərbi yardım

ABŞ Ukraynaya 400 milyon dollarlıq hərbi yardım göndərəcək.

Gununsesi.info xəbər verir ki, Ukraynaya əlavə hərbi yardım paketinə Yüksək Performanslı Artilleriya Raket Sistemi (HIMARS) və Milli Qabaqcıl Yer-Hava Raket Sistemi (NASAMS), “Hornet” pilotsuz uçuş aparatı və bir sıra hərbi sursatlar üçün lazımi sursatların daxil olacağı bildirilir.

Rəsmilər əlavə yardım paketinin təxminən 400 milyon dollar dəyərində olduğunu bildiriblər.

Qeyd edək ki, ABŞ Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukraynaya 41 milyard dollardan çox hərbi yardım edib.

 

 

Tərcümə

Şəbnəm

Gununsesi.info