
Türkiyənin Adana vilayətində 5.5 maqnitudalı zəlzələ baş verib.
Gununsesi.info xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, Bakı vaxtı ilə saat 09:44-də qeydə alınan yeraltı təkanların episentri 88.1 min nəfərin yaşadığı Kozan şəhərindən (Adana əyaləti) 18 km şimal-şərqdə, ocağı isə 12 km dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat daxil olmayıb.
Yeraltı təkanlar Osmaniyye və Qaziantep bölgələrində də hiss edilib.
Gununsesi.info