Müqtəda əs-Sədr “milyonluq nümayiş” çağırışı

İraqdakı Sədr Hərəkatının lideri Müqtəda əs-Sədr İsrailin Qəzza zolağına hücumları ilə bağlı Nəcəf şəhərində mətbuata açıqlama verib.

Gununsesi.info xəbər verir ki, Sədr Hərəkatının lideri Müqtəda əs-Sədr Fələstinə dəstək üçün “milyonluq nümayişə” çağırıb.

Sədrin sosial media hesablarında sözü gedən mövu ilə bağlı paylaşımlar edilib.

Açıqlamada oktyabrın 13-də şiə və sünnilərə Cümə namazını birlikdə qılmağa çağırış edilib, ardınca Bağdadın mərkəzi Təhrir (Azadlıq) meydanında Fələstinə dəstək və İsrail əleyhinə nümayiş keçirilməsi təklif olunub.

Sədr dəstək nümayişinə Bağdaddan başqa vilayətlərdən də qatılmasını istəyib.

Səid Əhmədli
Gununsesi.info