
Amerikanın Xarici İşlər Naziri Antoni Blinken Rusiyanı qınayaq açıqlama səsləndirib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Antoni Blinken rəsmi Moskvanın Krım tatarlarına (türklərinə) yönəlik yanaşmasını şiddətlə qınadıqlarını bildirib.
Amerika Dövlət Departamentinin başçısı Blinken Rusiyaya Krımdakı bütün siyasi dustaqların sərbəst buraxılması üçün çağırış edib.
Blinken özünün sosial media hesabından etdiyi açıqlamasında bunları deyib:
“Amerika yeni kütləvi tutqulara və nəzarətə alma dalğası da daxil olmaqla, rus işğalçı rəsmilərinin Krım tatarlarına yönələn davam edən zülmü şiddətlə qınayır. Rusiyanın Ukraynanı işğal etməsinə son qoyması lazımdır”.
Tərcümə: Arzu