
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovla görüş keçirəcək.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat sözcüsü Mariya Zaxarova açıqlama verib.
Sözcü Mariya Zaxarova Hakan Fidanla Sergey Lavrovun ikitərəfli görüşünün Moskvada keçiriləcəyini bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat sözcüsü Mariya Zaxarov iki tərəf arasındakı görüşün yaxın zamanda keçiriləcəyini mətbuat toplantısı zamanı açıqlamasında qeyd edib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında gözlənilən görüşün keçirilməsi üçün ön danışıqlar və proqram müəyyənləşdirilir.
Tərcümə: Arzu