ABŞ-ın məşhur senatoru Qubad İbadoğlu və Bəxtiyar Hacıyev üçün azadlıq istədi

Daha bir ABŞ senatoru Azərbaycanı hökumətin aparıcı tənqidçiləri Qubad İbadoğlunu və Bəxtiyar Hacıyevi azad etməyə çağırıb.

Gununsesi.info-nun xəbərinə görə, Senatda ikinci dərəcəli demokrat senator Dick Durbin bildirib ki, ABŞ qanunsuz saxlanılan siyasi məhbusları “unuda bilmir”: “Qubad İbadoğlu və Bəxtiyar Hacıyev” dərhal azad edilməlidir”.

Bundan əvvəl Durbin Azərbaycan hökumətini siyasi məhbusları azad etməyə və “bunun əvəzinə demokratiyalar birliyinə qoşulmağa” çağırıb.

Hacıyev ötən ilin dekabrında “xuliqanlıq” və “məhkəməyə hörmətsizlik” şübhəsilə həbs edilib, İbadoğlu isə ötən ay “saxta pul” ittihamı ilə saxlanılıb. Onların özləri və tərəfdarları bu ittihamları qəbul etmirlər. Bu yaxınlarda həbsxanada hər ikisinə qarşı yeni ittihamlar irəli sürülüb.

Qeyd edək ki, bundan öncə ABŞ senatorları və konqresmenlər Menendes, Smit, Kardin və Rubio, eləcə də ABŞ Dövlət Departamenti Qubad İbadoğlu və Bəxtiyar Hacıyevin azad edilməsinə çağırıblar.

Gununsesi.info