
Amerika Prezidenti Co Bayden son vaxtlar qara günlərini yaşayır. Onun vəzifəsindən atılması üçün impiçment prosesi başladılıb. Konqresdə Bayden üçün təhqiqat prosesi üçün tarix verilib. Digər tərəfdən Təmsilçilər Məclisinin sədri MakKarti vəzifədən atılması prosesinin təbii bir addım olacağını söyləyib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, oğlu Hunter Baydenin rüşvət işlərinə qarışması iddiası ilə davam etdirilən təhqiqatdan sonra Amerikan Konqresi Baydeni vəzifəsindən atmaq üçün hərəkətə keçib.
Təmsilçilər Məclisinin sədri MakKarti verdiyi açıqlamasında Respublikaçılar tərəfindən toplanan bilgilərin Prezident Baydenin vəzifəsindən çıxarılması mövzusunu gündəmə gətirməyi mümkün etdiyini söyləyib.
MakKarti bunları bildirib:
“İndiyədək toplaya bildiyimiz bilgiləri dəyərləndirəcək olsaq, vəzifədən çıxarılma prosesi təbii addım olacaq. Bu, bütün Bayden ailəsinin başına gələn bir korrupsiya mədəniyyəti kimi görünür. Amerika xalqı cavabları bilməyi haqq edir”.
Daha öncə Makkarti Amerikan Prezidenti Co Bayden və oğlu Hunterin korrupsiya fəaliyyətlərinə qarışması iddiası ilə davam etdirilən təhqiqatın dövlət başçısının işdən atılmasının başladılmasının lazımlı olduğunu göstərməsinə diqqət çəkmişdi.
Tərcümə: Arzu