ABŞ və İsrail mətbuatı Azərbaycan-İran münasibətlərindən yazır

“İsrail Prezidenti İsaak Hersoqun Azərbaycana səfərindən sonra İranın Bakıya qarşı ritorikası daha da güclənib”.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrailin ərəb dünyası və İran üzrə ən tanınmış eksperti, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru, universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı, Tel-Əviv Universitetinin mühazirəçisi doktor Mordexay Kedar ABŞ-ın geniş oxucu kütləsinə malik populyar “Jewish New Syndicate” və İsrailin məşhur “Israel Hayom” qəzetində işıq üzü görmüş məqaləsində yazıb.

HTML tutorial

“Azərbaycan-İran yaxınlaşması realdırmı?” sərlövhəli məqalədə qeyd olunub ki, İran İslam Respublikası Səudiyyə Ərəbistanında yeni səfirliyini açdığı bir vaxtda Azərbaycan-İran münasibətləri pisləşməkdə davam edir.

Son günlər Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarının İrana səfər etməmələri ilə bağlı xəbərdarlıq edib və buna səbəb Azərbaycanın xaricdəki səfirliklərinin İran təhlükəsi ilə bağlı müvafiq tədbirlərini gücləndirməsidir. Bütün bunların fonunda sevgilisini ziyarət etmək üçün Tehrana getmiş azərbaycanlı tələbə Fərid Səfərlinin bu yaxınlarda Tehranda həbs edilərək casusluqda ittiham olunduğu diqqətə çatdırılıb. Məqalədə İran Xarici İşlər Nazirliyinin əməkdaşı Nasser Kənaninin İsaak Hersoqu “saxta, uşaq öldürən və işğalçı sionist rejimin prezidenti” adlandırması və Azərbaycanı onu qəbul etməkdə ittiham etməsi ilə bağlı mediada xəbərlər yayıldığı bildirilib.

İsrailli professor bütün bunların Azərbaycan hakimiyyətinin İranın Bakıdakı mədəniyyət attaşesinin ofisini bağlamasından, altı İran rəsmisini persona non-qrata elan edərək onlara Azərbaycanı tərk etmək üçün 48 saat vaxt verməsindən sonra baş verdiyinə diqqət çəkib.

Qeyd olunub ki, molla rejimi Tehrandakı dörd azərbaycanlı diplomatla da analoji qaydada davranıb və bu cinayətlər ayətullah qaragüruhunun sonuncu Beynəlxalq Holokost Anma Günündə Azərbaycanın Tehrandakı səfirliyinə təşkil etdiyi hücum nəticəsində mühafizə rəisini qətlə yetirməsindən, azərbaycanlı deputat Fazil Mustafaya sui-qəsd cəhdindən və ABŞ-da yaşayan azərbaycanlı dissident Əhməd Obalını öldürməyə cəhd göstərməsindən sonra törədilib.

Müəllif bu qənaətdədir ki, molla yığını İsrailə qarşı çıxan terror qruplaşmalarını dəstəkləmək yolu ilə gücləndirməyi hədəflədiyi kimi, Azərbaycanı və İsraillə sülh şəraitində olan digər ölkələri də zəiflətmək niyyətindədir. İran əhalisinin 40%-ni təşkil edən azərbaycanlılar Tehran rejiminin xalqlar həbsxanasından ayrılıb müstəqil Güney Azərbaycan qurmağa can atdıqlarına görə mollalar Azərbaycan Respublikasına digər ölkələrdən daha çox nifrət edirlər, çünki onlar dünyəvi və müasir Azərbaycanın gələcəyini İslam Respublikasının varlığına təhlükə törədən qüdrətli bir dövlət kimi görürlər. Axı bu yaxınlarda öz torpaqlarını erməni işğalından qurtarmış güclü Azərbaycan 1828-ci ildə Qacar İranı ilə Çar Rusiyası arasında bağlanmış müstəmləkəçi Türkmənçay müqaviləsi nəticəsində şimaldakı candaşlarından ayrı düşmüş Təbrizi və digər Azərbaycan şəhərlərini də bir gün geri qaytara bilər.

Gununsesi.info