Almaniyadan Tehrana uçuşlar dayandırıldı

  • By Mina
  • 11 Aprel 2024 14:56

Almaniyanın “Lufthansa” aviaşirkəti İranın paytaxtı Tehran şəhərinə və əks istiqamətdə uçuşları dayandırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, uçuşlar təhlükəsizlik səbəbindən aprelin 11-dək təxirə salınıb, aprelin 11-də isə vəziyyət təkrar qiymətləndiriləcək.

Aviaşirkətin nümayəndəsi Yaxın Şərqdəki vəziyyəti mütəmadi izlədiklərini və rəsmi qurumlarla təmas saxladıqlarını əlavə edib.

Gununsesi.info