Liviyada kütləvi məzarlıqda 65 qeyri-qanuni miqrantın cəsədi tapılıb

  • By ilhame
  • 22 Mart 2024 21:42

Liviyanın paytaxtı Tripolinin cənub-şərqindəki kütləvi məzarlıq aşkarlanıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Liviya Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsi sosial media hesabından məlumat yayıb.

 

Şuveyrif bölgəsindəki məzarlıqda 65 qeyri-qanuni immiqrantın cəsədi tapılıb.

 

Ölənlərin milliyyətinin məlum olmadığı bildirilib.

 

Beynəlxalq Miqrasiya Təşkilatının açıqlamasında görə Aralıq dənizində 2023-cü ildə ən azı 3129 qeyri-qanuni miqrantın öldüyü və ya yoxa çıxdığı qeydə alınıb.

Gununsesi.info