Nikaraqua bu ölkədəki səfirliyini bağlayır

Nikaraqua Berlindəki səfirliyini bağlayıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

 

Alman mətbuatında çıxan xəbərlərdə bu ölkənin Almaniyaya qarşı Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırdıqdan sonra səfirliyini bağlamaq qərarına gəldiyi bildirilib.

 

Qeyd olunub ki, Almaniyadan gələn konsulluq prosedurları və digər müraciətlərlə Nikaraquanın Avstriyadakı səfirliyi məşğul olacaq.

 

Bildirilib ki, Almaniyada təqribən 250, Nikaraquada isə təxminən 1000 Alman vətəndaşının yaşayır.

 

Qeyd edək ki, Nikaraqua Almaniyanı İsrailə silah verməklə Qəzza zolağında soyqırıma töhfə verməkdə ittiham edir.

 

Nikaraqua həmçinin Almaniyanın İsrailə silah göndərilməsinin dərhal dayandırılmasını və Birləşmiş Millətlər Təşkilatının Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) vəsaitin bərpasını tələb edir.

 

 

 

Şəbnəm

Gununsesi.info