
Astarada kafedə yanğın olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Astara rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli kafenin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə və mətbəxin lambirdən ibarət tavanı 10 m² sahədə yanıb.
Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gununsesi.info