“Nikosayağı”nın qəza törətdiyi “Porsche” satılır

“Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin qəzaya düşdüyü avtomobil satışa çıxarılıb. 

Gununsesi.info bildirir ki, “unikal”ın məlumatına görə, “Porsche” markalı avtomobil 20 min dollar ( 34 min AZN) qiymətində elan saytların birində yerləşdirilib.

 

Qeyd edək ki, ötən ilin avqustunda N. Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində 1 nəfər ölüb, “Nikosayağı”nın qolu isə amputasiya edilib.

 

Məqaləyə dair fotomateriallar: