
Türkiyə milli komandasının üzgüçüsü Serkan Toprak bədbəxt hadisə nəticəsində həyatını itirib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ramazan bayramı üçün atasının yaşadığı evə gələn idmançı qızı Toprakla nəfəs məşqləri edərkən vəziyyəti pisləşib.
Hadisə zamanı idmançıya ilkin tibbi yardım göstərilib.
Xəstəxanaya aparılan Serkanın həkimlərin müdaxilələrinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Mina
Gununsesi.info