ABŞ Mərkəzi Komandanlığının rəhbəri İsrailə gedib

  • By Mina
  • 11 Aprel 2024 15:18

ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Maykl Kurilla İsrailə səfər edib.

 

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Maykl Kurillanın İranın hücumu təhlükəsini müzakirə etmək üçün İsrailin müdafiə naziri Yoav Qallant və digər rəsmilərlə məsləhətləşmələr aparacağı gözlənilir.

Qeyd edək ki, aprelin 1-də İsrailin Suriyadakı İran Konsulluğunu vurmasından sonra Tehran tərəfindən cavab hücumu ehtimalı ilə əlaqədar ABŞ və İsrail rəsmiləri son bir neçə gün ərzində müxtəlif səviyyələrdə təmasdadır.

Gununsesi.info