Həbs edilən övladının arxasınca polisə gəldi, vəfat etdi

  • By admin
  • 08 Aprel 2024 12:37

Bugün səhər saatlarında Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinin qarşısında ölüm hadisəsi baş verib.

Gununsesi.info-nun xəbərinə görə, şöbə tərəfindən saxlanılan oğlu Nurəddin Babayevin  arxasınca gələn atası Əvəz Babayev  elə oradaca ürəktutmasından vəfat edib.

Məlumatda da bildirilir ki, polisin saxlanılan Nurəddin Babayev keçmiş polis əməkdaşı olub.

Onun hansı səbəbdən saxlanıldığı bilinmir.

Elmar

Gununsesi.info