
Azərbaycan millisinin sabiq futbolçusu, son olaraq “Səbail”də çalışmış Şəhriyar Rəhimov dünyasını dəyişib.
Gununsesi.info xəbər verir ki, bu barədə adı çəkilən klub məlumat yayıb.
Veteran müdafiəçi 34 yaşında xərçəng xəstəliyindən vəfat edib.
Şəhriyar Rəhimov 2018-2019-cu illərdə Azərbaycan millisinin heyətində 9 oyunda iştirak edib. O, karyerası ərzində “İnter” (indiki “Şamaxı”), “Karvan”, AZAL, “Rəvan”, “Kəpəz”, “Zirə” və “Səbail” klublarının formasını geyinib. Ş.Rəhimov 2022-ci ilin əvvəlində karyerasını başa vurub.
Gununsesi.info