Qadın özünü yandıraraq intihar etdi

Salyanda qadın özünü yandırıb.

Gununsesi.info-nun məlumatına görə, hadisə Qarabağlı kəndində qeydə alınıb.

Kənd sakini, 43 yaşlı Nərminə Abbasova ötən gün yaşadığı evin həyətində üzərinə benzin tökərək özünü yandırıb. Ağır yanıq xəsarətləri alan qadın tibbi müdaxilələrə baxmayaraq bu gün xəstəxanada dünyasını dəyişib.

İntiharın səbəbləri araşdırılır.

 

Gununsesi.info