35 156 nəfər sürücü pulla, 1822 nəfər isə inzibati məsuliyyətə cəlb edilərək cəzalandırıldı

35 156 nəfər sürücü pulla, 1822 nəfər isə inzibati məsuliyyətə cəlb edilərək cəzalandırıldı

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 21.04.2020-ci il saat 00:00-dan 22.04.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.
BDYPİ-dən Gununsesi.org-a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 21.04.2020-ci il saat 00:00-dan 22.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 822 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 35 156 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Gununsesi.org

COMMENTS