
Pentaqon Hind okeanında üzən Liberiya bayraqlı Yaponiya kimyəvi tanker gəmisinin İran tərəfindən atılan raketlərlə vurulduğunu açıqlayıb.
Gununsesi.info xəbər verir ki, açıqlamada hücumun İrandan atılan bir istiqamətli hücum pilotsuz təyyarəsi ilə edildiyi, hadisədə ölənlərin olmadığı və tankerdəki yanğının söndürüldüyü bildirilib.
Açıqlamada hücum zamanı yaxınlıqda ABŞ Hərbi Dəniz Qüvvələrinə aid gəmi olmadığı, ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) Hindistanda təyinatına doğru davam edən gəmi ilə əlaqə saxlamağa davam etdiyi qeyd edilib. İranın 2021-ci ildən bəri kommersiya gəmiçiliyinə yeddinci hücumudur.
İran hücumla bağlı açıqlama verməsə də, dəniz təhlükəsizliyi şirkəti Ambrey sözügedən tankerin Səudiyyə Ərəbistanından Hindistana getdiyi və İsraillə əlaqəsi olduğu barədə məlumatı BBC ilə paylaşıb.
Gununsesi.info