
Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov 15 gün əvvəl barəsində həbs-qətimkan tədbiri seçdiyi jurnalist Ərşad İbrahimovun məhkəmə qərarını vermir.
Bu barədə mətbuata açıqlamasında jurnalistin qardaşı Tural İbrahimov deyib:”Vüsal Qurbanov qardaşımı sifarişlə həbsə göndərib. Ona görə də çıxardığı qərarı vermir. Biz mətuat vasitəsilə Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova müraciət edirik. Hakimin bu özbaşınalığının qarşısını alsın”.
Qeyd edək ki, Vüsal Qurbanov barəsində ən çox tənqid səslənən hakimlərdən biri kimi tanınır.
O, hakimliklə yanaşı bəstəkarlıqla da məşğuldur.
Xatırladaq ki, Gəncədə fəaliyyət göstərən “dunyaninsesi.az” saytının rəhbəri Ərşad İbrahimov 2021-ci ildə hədə-qorxu ilə pul tələb etmədə ittiham olunur.
O, həbsini polis orqanları haqqında tənqidi yazıları ilə əsaslandırıb.
Elmar
Gununsesi.info