
İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində daha iki fələstinli jurnalist həlak olub.
Gununsesi.info xəbər verir ki, hökumətin Qəzzadakı media bürosundan yayılan açıqlamada İsrailin hücumları zamanı Fələstinin “Ər-Ray” radiosunun səs mühəndisi Məhəmməd Yunis əz-Zeytuniyyə və Fələstinin Ər-Ray xəbər agentliyinin fotomüxbiri Məhəmməd Əbdülxaliq əl-Afın öldürüldüyü bildirilib.
Qəzzada Zeytuniyyə ailəsinə məxsus evin İsrail tərəfindən atəşə tutulması nəticəsində hər iki jurnalist həlak olub. Oktyabrın 7-dən etibarən İsrailin Qəzzada həyata keçirdiyi hücumlarda həlak olan jurnalistlərin sayı 103-ə çatıb.
Media Bürosunun əvvəlki bəyanatında vurğulanıb ki, İsrail “Fələstin tarixini susdurmaq, faktları gizlətmək və doğru xəbərlərin və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatmasının qarşısını almaq üçün” Qəzzada jurnalistləri qəsdən öldürür.
Gununsesi.info