Paşinyan Rusiyaya getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya ikigünlük səfərə yola düşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Ermənistan hökumətinin Mətbuat xidməti yayıb.

Məlumata görə, Paşinyan dekabrın 25-i Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasında, dekabrın 26-sı isə MDB sammitində iştirak edəcək.

 

 

Gununsesi.info