Ermənistan İranla bağlı vacib sənədi TƏSDİQLƏDİ

Ermənistan hökuməti Avrasiya İqtisadi İttifaqı və İran arasında azad ticarət sazişinin layihəsini təsdiqləyib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

 

İrəvanın təklifinə əsasən, qablaşdırılmış su (qazlı su da daxil olmaqla) və sərinləşdirici içkilər, quzu əti, şokolad və şirniyyatlara sıfır rüsum müəyyən edilib.

 

Siqaret, metal konsentratları, saf mis, gümüş məmulatları və təkrar ixracın bəzi növləri üzrə rüsumlar azaldılacaq. İran ilk dəfədir ki, xarici mallara belə güzəşt tətbiq edəcək.

 

Xatırladaq ki, İranın Avrasiya İqtisadi İttifaqına inteqrasiyası prosesi davam etdirilməkdədir.

 

Gununsesi.info