Açılan kimi bağlamaq qərarına gəldilər: Finlandiya hökuməti Rusiya ilə bağlı təcili hərəkətə keçdi

Ötən ay 9 sərhəd keçid məntəqəsindən 8-ni bağlayaraq Rusiyadan qeyri-qanuni miqrasiyanı dayandırmaq təşəbbüsü ilə çıxış edən Finlandiya qapıları açdıqdan saatlar sonra yenidən bağlayıb.

Gununsesi.info xəbər verir ki, Finlandiya bu gün qısa müddətə açdığı 2 sərhəd qapısını yenidən bağlamaq qərarına gəlib.

Finlandiya Sərhəd Mühafizələri sərhədlərin bağlanması ilə miqrasiya axınının dayandığını, lakin bu gün bağlanan 8 sərhəd qapısından 2-nin açılması ilə yenidən başladığını və təxminən 36 nəfərin sığınacaq axtardığını bildirib.

Finlandiyanın daxili işlər naziri Mari Rantanen parlamentdəki çıxışında miqrant axının yenidən başladığını və bütün sərhədi bağlayacaqlarını deyib.

Finlandiya bağlanan Vaalimaa və Niirala sərhəd qapılarını bu gün yenidən açıb və onları yanvarın 14-dək açıq saxlamağı planlaşdırırdı.

Gununsesi.info