
İsrail ordusunun Qəzza zolağının mərkəzi hissəsində yerləşən Əl-Maqazi qaçqınlar düşərgəsində mülki əhalinin yaşadığı evlərə təşkil etdiyi hava hücumunda ən azı 70 nəfərin həyatını itirdiyi bildirilib.
Gununsesi.info-nun məlumatına görə, Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra verdiyi yazılı açıqlamada, İsrail qüvvələrinin Maqazi Qaçqınlar Düşərgəsindəki izdihamlı yaşayış məntəqəsində soyqırım törətdiyini bildirib.
Kudra sözügedən hücumda indiyədək 70 nəfərin öldüyünü, bölgədə çoxlu ailənin olması səbəbindən ölənlərin sayının artma ehtimalının olduğunu bildirib.
Qəssam briqadaları öz Telegram hesabında Qəzza zolağında İsrail ordusuna qarşı müqavimət fəaliyyətləri ilə bağlı açıqlama verib.
Açıqlamaya görə, son 4 gündə 24 hərbi əməliyyat həyata keçirən Qəssam briqadaları Qəzzaya girən İsrail əsgər və maşınlarını raket və partlayıcılarla vurub, daha əvvəl partlayıcı yerləşdirdikləri iki tuneli məhv edib.
Gununsesi.info