
Əlahiddə Ümumqoşun Orduda bir qrup zabitin təkmilləşdirmə kursunu müvəffəqiyyətlə bitirərək yeni vəzifələrə təyin olunması münasibətilə buraxılış mərasimi keçirilib.
Bu barədə Gununsesi.info-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Mərasimdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mayor Ramid Süleymanov məzunlar adından çıxış edərək kurs müddətində əldə etdikləri bilik və bacarıqları tabelikdə olan şəxsi heyətin döyüş, ictimai-siyasi və mənəvi-psixoloji hazırlıqlarının artırılmasında tətbiq edəcəklərini bildirib.
Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib. Kurs birincisi xatirə lövhəsinə buraxılış emblemini vurduqdan sonra məzunların tribuna önündən təntənəli keçidi olub.
Sonda xatirə şəkli çəkdirilib.