Nazir Qəzzada atəşkəs istədi

İyulun 4-də İngiltərədə keçirilən növbədənkənar ümumi seçkilərdən sonra Xarici İşlər Naziri vəzifəsinə gələn David Lammy ötən gün İsrail və Fələstinə səfər edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Qüdsdə İsrailin baş naziri Binyamin Netanyahu və Ramallahda Fələstin prezidenti Mahmud Abbasla görüşən Lammy, bütün əsirlərin azad edilməli olduğunu və Qəzzaya daxil olan humanitar yardımın miqdarının əhəmiyyətli dərəcədə artırılmasının vacibliyini vurğulayaraq, Qəzzada “dərhal atəşkəs” elan edilməsini istəyib.

Qəzzada davam edən müharibənin “qəbuledilməz” olduğunu ifadə edən Lammy, liderlərlə görüşlərində ölkəsinin “atəşkəs razılaşmasını təmin etmək və iki dövlətli həllə doğru etibarlı və qəti bir yol yaratmaq” üçün diplomatik səylərə kömək etmək istədiyini vurğulayıb.

Lammy, həmçinin bütün əsirlərin azad edilməsini və Qəzzaya daxil olan humanitar yardımın həcminin əhəmiyyətli dərəcədə artırılmasını istəyib.

 

 

Şəbnəm

Gununsesi.info