Məşqçinin qətlində ittiham olunan arvadı: -"Evə pozğun qadınlar gətirirdi..."

Kikboksinq üzrə məşqçi Nurani Qalabəylini uşaqların gözü önündə evə müxtəlif qadınlar gətirdiyinə görə öldürdüyünü deyən həyat yoldaşı Əfsanə Qalabəyli psixiatriya xəstəxanasına yerləşdiriləcək.

Gununsesi.info xəbər verir ki, buna iyulun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində qərar verilib.

HTML tutorial

Hələ aylar öncə Qalabəylinin psixi vəziyyətində depressiv pozuntu, təşviş əlamətləri və s. müşahidə olunduğuna görə onun vəkili məhkəmədə vəsatət qaldırmışdı ki, ekspertizadan keçirilsin. Məhkəmə də həm psixiatrik, həm də psixoloji ekspertizaları təyin etmiş, onun həm cinayət zamanı, həm də hazırkı durumu ilə bağlı rəy verilməsini istəmişdi. Amma ekspertiza rəy verib ki, Qalabəylinin psixi vəziyyəti ilə bağlı konkret nəticəyə gələ bilməyiblər.

Ekspertizanın rəyində vurğulanıb ki, ambulator şəraitdə onun psixi vəziyyətini düzgün qiymətləndirmək, ekspertlər qarşısındakı sualları cavablandırmaq çətinlik yaradır. Bundan ötrü onun stasionar şəraitdə müayinəsi (psixiatriya xəstəxanasına yerləşdirilməsi) məqsədəuyğundur.

 

Gununsesi.info