
Xəbər verdiyimiz kimi, bu günlərdə Fransada Azad İran Dünya Sammiti keçirilib.
Sammitdə dünyanın nüfuzlu siyasətçiləri, dövlət adamları çıxış edib.
Gununsesi.info-nun xəbərinə görə, sammitdə Almaniya Kanslerinin rəhbəri, Xüsusi İşlər üzrə Federal Nazir, İqtisadiyyat və Energetika üzrə Federal Nazir cənab Peter Altmaier də nitq söyləyib.
Peter Altmayer çıxışında İranın azadlığı üçün çalışan insanları qəhrəman adlandırıb:
“İranın özündə olan gənc iranlılar zəmanəmizin əsl qəhrəmanlarısınız və siz bizim bütün dəstəyimizə və bütün köməyimizə layiqsiniz.
İran xalqının səbrindən və İranda azadlıq və demokratiyanı həyata keçirmək üçün onilliklər ərzində çox çalışmaq üçün hazır olması məni çox heyran etdi. Prezident Rəcəvi, dünən dediyim kimi, sizin On bəndlik planınız On bəndlik plandan qat-qat artıqdır. Bu, fərdi azadlıq və demokratiyanın əsas dəyərinin universal bəyannaməsidir. Ona görə də mən əminəm ki, bu On bəndlik plan hazırkı işlərdə əsas rol oynamalıdır, İran xalqının səyləri yeni mərhələyə qədəm qoyub.
İranın dəhşətli nüvə fəaliyyətlərindən sonra, Tehranda və ölkədə rejim tərəfindən qiyamın sıxışdırılmasından sonra rejim daha bir, daha fəlakətli cinayətə imza atdı. Onlar Ukraynaya qarşı müharibədə Rusiyanın tərəfini seçiblər. Onlar koalisiya qurublar. Və o koalisiyaya baxanda prezident Putin uzun illər öz azadlıqsevər xalqına zülm edib,Belarus prezidenti Lukaşenko uzun illər onun azadlıqsevər xalqına zülm edib və onların çoxunu öldürüb. İran rejimi isə öz gəncliyinə, gələcəyə ümidinə zülm edib. Bu, zalımların koalisiyasıdır və buna qalib gələ bilməyəcəklər. Onları dayandırmaq lazımdır. Onlar itirəcəklər və yıxılacaqlar”.
Tərcümə
Afət