Surət Hüseynovun dəfn olunacağı yer AÇIQLANDI -YENİLƏNDİ

Azərbaycanın keçmiş baş naziri Surət  Hüseynovla vida mərasimi Gəncədəki evində keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu gün səhər mərhumun evinin qarşısında yas çadırı qurulub.

Surət Hüseynov şəhərin 4 saylı qəbiristanlığında ata və anasının məzarı yanında dəfn olunacaq.

***

Bu gün Türkiyədə dünyasını dəyişən Surət Hüseynov Gəncə şəhərində dəfn olunacaq.

Xatırladaq ki, S.Hüseynov uzun sürən xəstəlikdən sonra İstanbulda vəfat edib.

Gununsesi.info