Ölkə Avropa İttifaqına doğru irəliləməyə davam etməlidir -Gürcüstan prezidenti

“Gürcüstanda bu ilin payızında keçiriləcək parlament seçkiləri ölkənin xarici siyasəti ilə bağlı de-fakto referenduma çevriləcək”.

Gununsesi.info xəbər verir ki, bunun EURACTIV-ə müsahibəsində Gürcüstan prezidenti Salome Zurabişvili deyib.

“Seçkilər yaxınlaşır. İnsanlar seçkilərdə öz mövqelərini ifadə etməlidir. Bu isə o deməkdir ki, bu referendum kimi seçki olacaq. Ölkə Avropa İttifaqına doğru irəliləməyə davam etməlidir başqa yol yoxdur. ”, –deyə Zurabişvili vurğulayıb.

Onun sözlərinə görə, “Gürcü Arzusu” hökuməti ölkəni Aİ-yə üzvlüyə apara bilməz və indi ölkə yol ayrıcındadır.

Prezident vurğulayıb ki, “Xarici agentlər haqqında” qanun Gürcüstanın Qərb tərəfdaşları ilə münasibətləri kökündən dəyişib:“Biz vaxt itiririk. Baş verənlər o deməkdir ki, bu hökumət bizi Avropa Komissiyasının müəyyən etdiyi islahatlar yolunda ilin sonuna qədər lazım olan nəticələrə çatdırmaq istəmir. Əvəzində indi diqqətimizi bu qanuna və onun nəticələrinə yönəltmişik”.

Zurabişvili qanuna veto qoyacağını da təsdiqləyib: “Vetonun ləğv ediləcəyini bilirəm, amma bunun heç bir əhəmiyyəti yoxdur, çünki bunu küçələrdəki insanlar adından edəcəyəm”. 

Sonda o, əlavə edib ki, indiki vəziyyətdə ümumi mənzərəni dəyişə biləcək yeganə yol seçkilərdə iştirak edən insanlardır.

 

 

 

Şəbnəm

Gununsesi.info