
Penitensiar Xidmətin 13 saylı çəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirən Azərbaycan Beynəlxalq Bankının sabiq prezidenti Cahangir Hacıyev aclığı dayandırıb.
Bu barədə Gununsesi.info-ya onun bacısı Əminə Hacıyeva deyib.
Qeyd edək ki, Cahangir Hacıyev cəzaçəkmə müəssisəsində saxlandığı şəraitin dözülməz olmasına görə bu addımı atmışdı.
Bacısının sözlərinə görə, Hacıyevin saxlanma şəraiti ilə bağlı ölkə başçısına müraciətindən sonra Penitensiar Xidmət məsələ ilə maraqlanıb.
Gununsesi.info