Vətən Müharibəsi Qəhrəmanına yeni vəzifə verildi

Vətən Müharibəsi Qəhrəmanı Zaur Zeynalova yeni vəzifə verilib.

Gununsesi.info Unikal.az-a istinadən xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Quru Qoşunları Komandanının müavini general-mayor Zaur Zeynalov Azərbaycanın Türkiyədəki Səfirliyində hərbi attaşe təyin edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Zaur Zeynalova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

 

 

 

Gununsesi.info