Ədalət Vəliyev konstruktiv müxalifətlə görüşdü

Ədalər Prezident Administrasiyası ilə 25 siyasi partiyanın nümayəndələri arasında görüş keçirilib.

Gununsesi.info xəbər verir ki, PA-nın Şöbə müdiri Ədalət Vəliyevlə keçirilən görüşdə diqqəti çəkən məqam ənənəvi konstruktiv müxalifələ yanaşı Müsavat Partiyasının nümayəndəsinin də orada olması olub.

Partiyanı Gülağa Aslanlı təmsil edib. İsa Qəmbərin yenidən başqan seçilməsindən 2 həftə sonra Müsavatın hakimiyyətlə görüşməsi birmənalı qarşılanmayıb.

Sosial şəbəkə istifadəçiləri Müsavatın seçkiqabağı “avtobusa” minmək üçün tələsdiyini, İsa Qəmbərin bu səbəblə yenidən başqan olduğunu yazırlar.

Tənqidçilərin fikrincə, bu dialoqun müqabilində Müsavata parlament seçkilərində mandat verilə bilər.

 

 

İlhamə

Gununsesi.info