Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan komandaları bu gün ilk yoxlama matçına çıxıblar.
Gununsesi.org-un məlumatına görə, toplanışa eyni vaxtda yollanan “Zirə” və “Sabah” klubları müxtəlif saatlarda fərqli kollektivlərlə qarşılaşıblar.
“Zirə” Türkiyənin I Liqasında çıxış edən “Ümraniyespor”la görüşüb. “Fanatic Tour”un meydanında təşkil olunmuş oyun rəqibin böyük hesablı qələbəsi ilə yekunlaşıb.
“Sabah” isə Belek qəsəbəsindəki “Titanik Mardan” stadionunda Macarıstanın “Pakş”ı ilə üz-üzə gəlib. Bu matçda da rəqib qalib gəlib – 2:0.
Gununsesi.org-
COMMENTS