ABŞ Mülki Aviasiyası Federal İdarəsi (FAA) “Boeing” korporasiyasını daha 5,4 milyon dollar məbləğində cərimələmək təklifini irəli sürüb.
Gununsesi.org xarici KİV-lərə istinadən xəbər verir ki, FAA bu cəriməni yoxlama zamanı korporasiyanın 178 ədəd “737 MAX” təyyarəsində aşağı keyfiyyətli hissələrin quraşdırılmasının aşkarlandığına görə təklif edib. Şirkət sözügedən təyyarələri sertifikatlaşdırmaya hazır kimi təqdim etmişdi.
Qeyd edək ki, 2018-ci ilin oktyabrında İndoneziyada “Lion Air” aviaşirkətinə, 2019-cu ilin martında isə “Ethiopian Air” aviaşirkətinə məxsus təyyarələrin qəzaya uğramasından sonra ABŞ-da və bir çox ölkələrdə “Boeing”in “737 MAX” modelindın olan təyyarələrin uçuşları dayandırılıb.
Gununsesi.org
COMMENTS