ABŞ Prezidenti Donald Tramp İranda baş verən etiraz aksiyalarına münasibət bildirib.
Gununsesi.org xəbər verir ki, o, tvitter hesabında etirazçılara fars dilində dəstək verib.
“Uzun müddətdir əziyyət çəkən, amma cəsur iranlılar: Prezident olduğum gündən sizinləyəm və mənim administrasiyam sizinlə birlikdə olmağa davam edəcək. Etirazınızı çox diqqətlə izləyirik və cəsarətinizdən ilham alırıq”, – deyə, Tramp qeyd edib.
Trampın fikrincə, İran hakimiyyəti “insan haqları qruplarına ölkədəki etirazları yerində izləməyə və məlumatlar çatdırmağa imkan verməlidir”: “Nə internetin kəsilməsi, nə də dinc nümayişçilərə qarşı növbəti qırğın baş verə bilməz. Dünya seyr edir”.
Gununsesi.org
COMMENTS